ONN İnformasiya Agentliyi

XXI əsrin ƏN DƏHŞƏTLİ FACİƏSİ gerçəkləşir

XXI əsrin ƏN DƏHŞƏTLİ FACİƏSİ gerçəkləşir
18 May 2019 - 15:15

“İdlibə genişmiqyaslı hərbi hücum XXI əsrin ən böyük faciəsinə səbəb ola bilər. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, ən böyük qorxumuz gerçəkləşməkdədir”.

ONN media xəbər verir ki, bu barədə BMT baş nazirinin humanitar məsələlər üzrə köməkçisi Mark Lokok deyib.

Onun sözlərinə görə, son üç həftədə İdlibə hücumların artması narahatlıq yaradır.

“Son üç həftədə İdlibə edilən hücumlar nəticəsində 160-ya yaxın insan həyatını itirib, ən azı 180 min insan evini tərk edib. Qaçqın düşən insanlar düşərgələrə yerləşdirilsə də, 80 mindən çox insanın gedəcək heç bir yeri yoxdur. Hücumlar zamanı 17 məktəbə zərər dəyib, bir çox məktəb bağlanıb, 400 mindən çox şagird məktəbə gedə bilmir. 18 xəstəxanaya hücum edilib, 49 xəstəxana isə hücum qorxusu ilə fəaliyyətini dayandırıb”, – deyə o bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png