ONN MEDİA

Yaşayış binasında partlayış baş verib – VİDEO

Yaşayış binasında partlayış baş verib – VİDEO
15 Aprel 2019 - 11:52

Fransa paytaxtı Parisin şimal hissəsindəki 18-ci dairədə beşmərtəbəli yaşayış binasında bazar ertəsinə keçən gecə güclü partlayış baş verib.

Bu barədə ONN media TASS-a istinadən xəbər verir.

“BFMTV” telekanalının məlumatına görə, yanğın-xilasetmə xidməti təcili qaydada bu bölgədən 70-dən çox insanı təxliyyə edib.

Partlayış binanın ikinci mərtəbəsindəki mənzillərdən birində baş verib, mənzilin çöl divarı dağılıb. Üç qonşu mənzil də qismən dağılıb. Hazırda binanın çökmə təhlükəsi var. İlkin versiyaya görə, hadisə qaz partlayışı nəticəsində baş verib.

“La Parisien” qəzetinin xəbərinə görə, hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılardan biri bədən səthinin 20%-i yanan qadındır.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP