Zurabişvilidən İrəvana MESAJ

Dağlıq Qarabağdan Abxaziya və Cənubi Osetiyaya nümayəndə heyətinin gəlməsi, bu konfliktlərin eyni tipli olmasına dair məsələ qoymaları və hansısa simmetriya axtarmaları bizim üçün çox kədərli və ağrılıdır.

ONN media xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşü zaman Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Bəlkə də bu konfliktlər bizim birgə fəaliyyətimizi hər şeydən çox məhdudlaşdırır. Siz bilirsiniz ki, Gürcüstanın iki işğal edilmiş ərazisi var və əgər biz ölkənin maraqlarından danışırıqsa, o zaman bizim üçün əsas və yeganə maraq suverenliyimiz və ərazi bütövlüyümüzün faktiki olaraq tanınmasıyla bağlıdır. Dağlıq Qarabağdan Abxaziya və Cənubi Osetiyaya nümayəndə heyətinin gəlməsi, bu konfliktlərin eyni tipli olmasına dair məsələ qoymaları və hansısa simmetriya axtarmaları bizim üçün çox kədərli və ağrılıdır. Biz fikirləşirik ki, ölkələrimizə münasibətdə xoş niyyət yoxdur”, – deyə o bildirib.