ONN İnformasiya Agentliyi

“Baba ocağı” “Kanlı taş” adı ilə nəşr olunub

“Baba ocağı” “Kanlı taş” adı ilə nəşr olunub
09 İyun 2019 - 17:13

ONN media xəbər verir ki, bu günlərdə Nizami Muradoğlunun “Baba ocağı” romanı Türkiyənin Alanya şəhərində “Baygenç Yayıncılık” tərəfindən “Kanlı taş” adı ilə nəşr olunub.

Baygenç Yayıncılık və Akademi Kitab evi tərəfindən Alanyaya dəvət olunan yazıçı ilə şəhərin müxtəlif təşkilatlarında oxucuların görüşü keçirilib. “Türk ocaqları” Alanya şəhər mərkəzi, Oba Nazmi Yılmaz Anadolu Lisesi, Şehit Abdullah Ümit Sercan Anadolu Lisesi, Mahmutlar Şükrü Kaptanoğlu Anadolu Lisesi, Arikan Yılmaz Dim Ticaret Lisesi və Akademi kitab evində müəllif oxuculara Azərbaycana erməni təcavüzü və kitab haqqında məlumat verib.

Alınmış kitablar müəllif tərəfindən imzalanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png