ONN MEDİA

“Bütün bunlar tək mənim payız nağılımdır”- Akif Qəhrəmanlının qələmindən

“Bütün bunlar tək mənim payız nağılımdır”- Akif Qəhrəmanlının qələmindən
26 Aprel 2019 - 14:09

“Bütün ömrüm boyu son məqsədə çatmaq üçün marafona çıxmışam. Georgi Danelianın “Payız marafonu” filmi olmasa idi, elə bilərdim ki, bütün bunlar tək mənim payız nağılımdır.”

                                                                                         Akif Qəhrəmanlı

Bəli, bu hər kəlməsi insanı sonu görünməyən quyuya sürükləyib, dərin bir dəryada batıran sözlər təəssüf ki, bir il yarımdır aramızda olmayan yazıçı, publisist, peşəkar tərcüməçi, jurnalistikamızın tanınmış simalarından biri olan Akif Qəhrəmanlının “Mən sabah da varam” adlı kitabındandır. Sözügedən kitab xatirə-anım kitabıdır. Akif Qəhrəmanlı geniş oxuyucu kütləsinə sahib idi. Lakin onun yazıb yaratdıqları üçün bu çox az göstərici idi. Akif Qəhrəmanlı sözün əsl mənasında ” Arxa planda” qalan və mütəvazi həyat yaşayan bir yazıçı olmuşdur.
Onun bu gün BMM-də ziyalı qələm dostları, əməkdar jurnalistlər və onun əməkdaşlıq etdiyi digər yazarların iştirakı ilə təqdimatı keçirilən ” Mən sabah da varam” kitabında uca yaradanın ona bəxş etdiyi ömürdə mərd yaşayan, heç kimdən gözləntisi olmayan, yalnız özünə, sözünə və qələminə güvənən – vətən, xalq və insanlıq eşqi ilə ömrünü başa vuran həqiqi ziyalı Akif Əvəz oğlu Qəhrəmanlının həyat yolundan bəhs edildi. Bu kitab bizim onun xatirəsinə mənəvi borcumuzu yerinə yetirmək üçün bir vasitə oldu. Kitabda vaxtilə Akif Qəhrəmanlı haqqında yazılmış məqalələr və onun özünün kağız üzərinə tökdüyü iç dünyasından seçmələr var. Bu Akif Qəhrəmanlının payız ağacı kimi rəngarəng ömrünün yarpaqlarından seçmələr kitabıdır.
Gəlin Akif Qəhrəmanlı dünyasına birlikdə səyahət edək.

Fəridə Qafarqızı


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP