Hüseyn Cavidin yaradıcılığından yazılan məqalələr kitab halında

ONN media xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev-muzeyinin elmi şurasının qərarı ilə "Hüseyn Cavid yaradıcılığının tədqiqi, təbliği və tədrisi məsələlərinə dair" məqalələr toplusundan ibarət kitab çapdan çıxıb.

Nəşrin ideya müəllifi və baş elmi məsləhətçisi bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, elmi redaktoru və "Ön söz"ün müəllifi cavidşünas Yusif Günaydındır.

Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavid irsinin tədqiqi, orta və ali məktəblərdə tədrisi, həmçinin təbliğinə dair məqalələr yer alıb. Nəşrdəki məqalələrin müəllifləri Əzizağa Nəcəfzadə və Aynur Nəcəfovadır.