ONN İnformasiya Agentliyi

Leyla Əliyevanın şeiri Kamal Abdullanın tərcüməsində

Leyla Əliyevanın şeiri Kamal Abdullanın tərcüməsində
05 İyul 2019 - 19:31

Xalq yazıçısı Kamal Abdulla Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirini tərcümə edib.

ONN media Leyla Əliyeva şəxsi İnstaqram hesabında paylaşdığı həmin şeiri təqdim edir:

Mənim başlanğıcımdır sonsuz aləmin sonu.

Amma yenə necə də əlçatmazdı ulduzlar.

Hərislik bir cəhənnəm bəlasıdır, qov onu,

Cəhənnəmdən cənnətə həmişə bir yol var.

Nə zamansa tonqalda yandılar cadugərlər.

Onlardan qorxsalar da, bağışlanmaz qaldılar.

Nə qədər boş-boşuna danışaraq birtəhər

Kainatın ruhunu çəkib candan aldılar.

Gör necə də gizlicə iblis gəlib yaxına

Əgər gələ bilibsə, deməli, var amanı.

Bütün dünya zindan tək keçməyibmi yaxana?!

Zindandan çıxanların yetişəcək zamanı.

Mən qorxmuram şənlikdən, qorxmuram dostdan, yaddan

Qeybətlər və hədyanlar daha sıxmır qəlbimi.

Qoy bütün hakimləri bağışlasın Yaradan

Onlar əməlsizdilər, susurlar heykəl kimi.

Gizlənmirəm mən daha sərt həqiqət üzündən

Həqiqətin hər üzü yaltaqlıqdan ucadır.

Əgər özüm olmasam utanaram özümdən,

İnsanı bu dünyada haqq, ədalət yaşadır.(kult.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Leyla Əliyevanın şeiri Kamal Abdullanın tərcüməsində
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png