“Vətən” gənc şairin dilindən

Vətən

Bu can fəda olsun sənin yolunda

Yaşadıq, yaratdıq bir ömür biz tən

Həyatla çarpışdıq sənin qolunda

Səninlə doğulub, ölərik Vətən.

Qoymaram yağılar göz tiksin sənə,

Qoymaram xor baxsın bir yoldan ötən

Kəfənsiz ölsəmdə kəfənsən mənə

Ey müqəddəs torpaq, ey qoca

Vətən Bir parça torpaqdan başlanır ölkə

Vətən bir çiçəkdir torpağda bitən

Göydəki bulud da Vətəndir bəlkə

Torpağsan, alovsan, susan ey Vətən

Nə qədər yazsamda sənə şeirlər

Şeirə sığmayan uca qüvvəsən

Nəsildən nəsilə yaşa deyirlər

Yaşa sən həmişə ey şanlı Vətən.