ONN İnformasiya Agentliyi

Xocalı ağrısını yaşadan “Ağrı” romanı Azərbaycan dilində

Xocalı ağrısını yaşadan “Ağrı” romanı Azərbaycan dilində
23 Fevral 2019 - 11:10

Azərbaycan Dövlət Tərcümə Mərkəzi Xocalı soyqırımının 27-ci ildönümünə Heydər Əliyev Fondunun dəstəyi ilə “Ağrı” bədii-sənədli əsərini nəşr edib.
 
ONN media xəbər verir ki, İsrail müəllifləri Əmir və Arye Qutun ərsəyə gətirdiyi roman Azərbaycan xalqının unudulmaz Xocalı ağrısını real hadisələr və sənədli materiallar əsasında işıqlandırmaqla yanaşı, baş vermiş faciənin insan talelərinə vurduğu zədələrdən, beynəlxalq aləmin, hələ də bu bəşəri haqsızlığa laqeyd, susqun münasibətindən bəhs edir.  
 
Əsərdə göstərilən faktlar Xocalı soyqırımının təfərrüatlarının üzə çıxarılması, törədilmiş tarixi ciyanətlə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması baxımından fundamental əhəmiyyətə malikdir.
 
Bir neçə xarici dildə nəşr olunmuş kitabı dilimizə tanınmış Azərbaycan yazıçısı, tərcüməçi Saday Budaqlı çevirib. Bakupost
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png