ONN MEDİA

Qışda ətir alarkən nəyə diqqət etməliyik?

Qışda ətir alarkən nəyə diqqət etməliyik?
12 Noyabr 2018 - 13:28

Ətir hər mövsüm istifadə edilən və insanı xüsusi edən ən mühüm gözəllik ayinlərindən biridir. Biz çox vaxt ətri zövqümüzə uyğun olaraq seçirik. Lakin mövsümlər də ətir seçminə birbaşa təsir göstərir. Yay ətirləri mövsüm geyimləri kimi yüngül, rahat və daha təravətli olur. Qışa isə daha ağır ətirlər yaraşır.

ONN media  bu yazıda oxucuları qış ayları üçün uyğun olan ətirlərlə tanış edib.

Qışda, soyuq havalarda ətir qoxuları daha tez yox olur. Odur ki, qış aylarında incə qoxular yerinə daha ağır və ədviyyatlı qoxulara üstünlük vermək tövsiyə edilir. Bu səbəbdən də kəskin ədviyyatlı qoxularda spirt nisbəti daha çoxdur.

Ümumiyyətlə, ənbər, darçın, müşk, vanil, balqabaq, odun və ədviyyatlı qoxulara qışda daha çox üstünlük verilir. Bu qoxular daha kəskin və ekzotikdir. Bununla belə gündəlik üçün çox iddialı və ağır qoxular seçməyin. Kəskin olduqlarından dolayı tünd qoxular ətrafdakıları narahat edə bilər. Odur ki, istifadə olunan ətirləri zamana və getdiyiniz məkana əsasən seçin.

Yüngül ətirlər kateqoriyasına yaşıllıq, okean-ozon, çiçək və meyvə ailələrinə aid olan bəzi ətirlər daxildir. Ağır kateqoriyasına isə ənbər-ağac ailəsi mənsubları aiddir. Ətrin ağırlığı və kəskinliyi günün sonrakı saatlarında artır.(publika.az)

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP