ONN MEDİA

Saçları sabunla yumaq olarmı? – Mütəxəssis rəyi

Saçları sabunla yumaq olarmı? – Mütəxəssis rəyi
07 İyun 2019 - 1:49

Bu sual bir çox insanı maraqlandırıq. Bəzilər belə hesab edir ki, sabun saçları daha yaxşı təmizləyir, yumşaq və qalın edir.

Lakin ekspertlərin fikrinə görə, sabun saçları yumaq üçün heç də yaxşı seçim deyil.

ONN media saglamolun.az -a istinadla bildirir ki, sabun saçları və saç dərisini qurudur  və bu da saçların vəziyyətinə yaxşı təsir etmir. Həmçinin sabun çətinliklə yuyulur və saçların üzərində sanki tutqun qat qalır, ki bu da saçların görünüşünü korlayır.

Kimsə deyə bilər ki, keçmişdə nənələrimiz saçlarını yalnız sabunla yuyurdu, ancaq onların saçları indiki qadınların saçlarından qat-qat daha sağlam və qalın idi.

Burada bir neçə məqam var. İlk növbədə nənələrimiz daha ekoloji təmiz şəraitdə yaşayırdı, həm də o vaxt sabun təbii xammaldan istehsal olunurdu, müasir sabun isə sırf kimyəvi məhsuldur.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP