Yağlı saçlarla vidalaşın

Saçlarınızın parlaq görünüşə qovuşması üçün kosmetoloqlar müxtəlif maskalar, qarışımlar təklif edirlər. Amma onlar həmişə ürəkaçan nəticə vermir.

ONN media  yağlı saçlardan birdəfəlik qurtulmaq üçün verdiyi mükəmməl nanəli resept təqdim edir.

Tərkibi:

1 qaşıq lavanda otu

1 xörək qaşığı nanə

1 xörək qaşığı ardıc meyvəsi

250 qram alma sirkəsi

Hazırlanması və istifadəsi:

Lavanda otu, nanə, ardıc meyvəsi və alma sirkəsini qarışdırın. 1 həftə gözlətdikdən sonra, qarışığı süzüb saçlarınıza masaj edərək sürtün. 1 saat sonra  yuyun. Bu qarışımdan vaxtaşırı istifadəsi mükəmməl nəticə verəcək. Bir neçə istifadədədn sonra saclarınızın necə parlaq və canlı göründüyünə siz də şahid olacaqsınız.