ONN MEDİA

Yapon qadınlarının gözəl saçlarının sirrləri

Yapon qadınlarının gözəl saçlarının sirrləri
28 Yanvar 2019 - 21:15

Yapon qadınların əksəriyyəti gözəl, qalın və parıltılı saçlara sahibdir.

ONN media xəbər verir ki, sizi yapon qadınlarının saçlara qulluqla bağlı olan bəzi kiçik sirləri ilə tanış edir.

1. Qidalanma

Qidalanma saçların vəziyyətinə çox böyük təsir edir. Yaponların qidalanmasının əsas hissəsini balıq, meyvə, tərəvəz və düyü təşkil edir. Məhz bu məhsulların tərkibində saçların sağlamlığı üçün vacib olan bütün vitamin və minerallar var.

2. Saçları çayla yaxalamaq

Saçları yuduqdan sonra təzə dəmlənmiş qara və ya yaşıl çayla yaxalayın. Bu saçları daha qalın edir, tökülməsinin qarşısını alır, saçların rəngini daha parlaq edir.

3. Saçları hər gün yumaq

Yapon qadınları saçları hər gün yuyurlar. Çirkli və yağlı saçlar həm pis görünür, həm də daha tez tökülür.

4. Baş dərisinin pilingi

Saçların daha tez uzanması üçün həftədə 1-2 dəfə baş dərisini pilinq edin. Bu qan dövranını və saç folikullarının qidalanmasını yaxşılaşdırır.

5. Kameliya yağı ilə maskalar

Yapon qadınları saçları daha canlı etmək üçün kameliya yağından istifadə edirlər. Yağı su hamamında qızdırın, saçlara çəkin, 1 saatdan sonra yuyun. Belə maskanı həftədə 1-2 etmək olar.

Kameliya yağı yoxdursa gənəgərçək və ya ayıpəncəsi yağından istifadə edə bilərsiniz.

6. Şampuna alma sirkəsini əlavə edin

Şampunu barabər miqdarda alma sirkəsi ilə qarışdırın və bu qarışıqla saçlarınızı yuyun.

Alma sirkəsi saçların yağlılığını azaldır, kəpəklə mübarizə edir, saçlara parıltı verir. (Saglamolun.az)


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP