Yaponların CAVANLIQ SİRRİ

Uzun illərdir, bəlkə də qadın yaranandan bəri dünya cavanlıq iksirinin reseptinin axtarışındadır. Lakin indiyədək heç kim müvəffəqiyyət qazanmayıb. Bir çox insan, xüsusilə qulluq kremləri istehsal edən şirkətlər yanlış məsləhət və təlimatlar verərək sizdən xeyir qazanmağa çalışır. Lakin o da həqiqətdir ki, bir çox qədim gözəllik ayinləri dərinin elastikliyini qoruyaraq qocalıq prosesini ləngidir.

ONN media publika -ya istinadən oxucuları yapon qadınlarının tez-tez istifadə etdiyi maska resepti ilə tanış edib.

Yəqin eşitmisiniz ki, hansısa sirli substansiyalardan dolayı Yaponiyada qadınların əksəriyyəti gözəl və gənc sayılır. Bəs bu sirli amillər hansılardır? Başlıca səbəb əlbəttə ki, yağsız və qaynadılmış halda yeyilən düyü ilə dəniz məhsullarıdır. Düyünün tərkibi faydalı xassələrlə zəngindir. Düyüdə olan skvalen və linolevel turşuları çox güclü antioksidant, həmçinin dəridə kollagenləri stimullaşdırmaq qabiliyyətinə malik olan xassələrə malikdir.

Skvalen dərini günəşin doğurduğu zərərli təsirlərdən qoruya bilər. Düyü həm də pis xolesterin səviyyəsini aşağı salaraq ürəyinizi müdafiə etmək qabiliyyətinə malikdir. Düyü E vitamini ilə də boldur.

Qeyd etmək lazımdır ki, düyünün faydalı xassələri elmi cəhətdən isbat olunub. Odur ki, düyü suyu üzə müsbət təsir edir, dərini yumşaldır, onu daha parlaq və elsatik edir. Yaponlar iddia edir ki, maskanın daimi istifadəsi qadını 10 yaş gəncləşdirir.

Zəruri inqrediyentlər:

3 xörək qaşığı düyü

1 xörək qaşığı bal

1 xörək qaşığı süd.

Hazırlanması:

Əvvəlcə düyünü təxminən 2 dəqiqə qaynadıb suyunu süzün. Daha sonra düyü suyuna isti süd və bir xörək qaşığı bal əlavə edib qarışdırmaq lazımdır. Növbəti mərhələdə maskanı quru və təmiz dəriyə sürtün. Maska quruyana qədər üzünüzdə saxlayın. Sonda üzünüzü silib dəsmalla qurulayın.

Qalan düyünü isə skrab kimi istifadə edə bilərsiniz.