ONN İnformasiya Agentliyi

Yay qarderobunun romantik trendi – FOTOLAR

Yay qarderobunun romantik trendi – FOTOLAR
14 İyun 2019 - 3:02

Ayaqların zərifliyini vurğulayan və maksimum ön plana çıxaran yarıqlı yubkalar yayın ən romantik trendidir.

ONN media xəbər verir ki, bütün qışı ayaqlarını kobud çəkmə və qalın cinslərdə gizlədən xanımlar romantik tendensiyanın sayəsində bu mövsüm ayaqların gözəllyini nümayiş etdirə bilər.

Ötən əsrin ortalarından etibarən ictimai əxlaq normaları daha az acımasız olmağa başladı, beləliklə dizaynerlər qapalı uzun yubkalarda yarıq açaraq onları dəbə gətirməyə başladı. Onda mini yubka inqilabına çox qalmışdı, ancaq qadınlar küləyin istənilən zərbəsi ilə açılan və dizləri göstərən yarıqlı yubka geyinmək imkanına sahib olmuşdu.

2019-un yaz-yay kolleksiyalarında bir çox dizaynerin yarıqlı yubka modelinə müraciət etməsilə onlar yenidən aktuallaşdı. Belə yubkaları ağ-qara maykalarla, qısaqol köynəklərlə, toplarla, kombinasiyasayağı ipək bluzlarla, daha sərin havalarda isə nazik trikotajlarla geyinməyi məsləhət görürük. Yüngül materialdan hazırlanan yubkaların zərifliyi və oynaqlığı sadəcə sizi deyil, ətrafdakıların da əhval-ruhiyyəsinə müsbət təsir edəcək.

Dəb mütəxəssisləri istənilən zövqə xitab edən modellər təklif edir: güllü, zolaqlı, dama-dama və xallı. Belə yubkaları getdiyiniz yerdən asılı olaraq həm idman, həm də klassik ayaqqabılarla tamamlamaq olar. Onların həm düyməli, həm də volanlı və beli kəmərli versiyaları eyni dərəcədə aktualdır.(Publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Yay qarderobunun romantik trendi – FOTOLAR
Yay qarderobunun romantik trendi – FOTOLAR
Yay qarderobunun romantik trendi – FOTOLAR
Yay qarderobunun romantik trendi – FOTOLAR
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png