ONN İnformasiya Agentliyi

Yaz avitaminozu nədir, necə mübarizə aparmaq olar? — MƏSLƏHƏT

Yaz avitaminozu nədir, necə mübarizə aparmaq olar? — MƏSLƏHƏT
12 Aprel 2019 - 12:55

Yaz – təbiətin oyandığı, günəşli günlərin sayının artdığı bir fəsildir. Bu dövrdə insan orqanizmi vitaminsizləşir və korlanır. Bunun səbəbi nədir?

ONN media bildirir ki, bunun əsas səbəbi havanın istiləşməsi və nəmliyin yüksəlməsidir. Daha əvvəldən dəri qış havasının quruluğuna öyrəşdiyi üçün yaz havasına uyğunlaşmalıdır. Bunun üçün aydın məsələdir ki, bir müddət zaman lazımdır. Buna görə də bir müddət insan dəridə yağlılığın artması ilə əlaqədar olaraq diskomfort yaşaya bilər.  Bu isə üzün həddən artıq çirklənməsinə səbəb olur.

Ekspertlər bildirir ki, buna görə də yaz vaxtı üzün təmizlənməsinə daha çox diqqət ayırmaq lazımdır. Bu məqsədlə bir sıra  yağlardan, köpüklərdən istifadə etmək lazımdır. Tərkibində salisil turşusu olan toniklər və kremlər də dərini yağlardan effektiv şəkildə təmizləyir.
 
Dermotoloqların fikrincə, düzgün qidalanma dərinin gözəlliyi və sağlamlığı üçün vacib şərtdir.
 
Əsasən də qida rasionunda olan C vitamini dəriyə müsbət təsir edir.

Bu maddə dəridən sovrularaq kollagenin sintezini təmin edir. C vitamini sayəsində dəri parıldayır və daha elastik olur.
 
E vitamini haqda da eyni fikirləri söyləmək olar. Bu maddə dərini fotoqocalmadan qoruyur, sərbəst radikalları bloklayaraq iltihabı azaldır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png