Azərbaycanda 30 yaşlı gəlin yoxa çıxdı

Lənkəranda qadın naməlum şəraitdə itkin düşüb.
ONN media Trend-ə istinadla xəbər verir ki, rayonun Şilavar kənd sakini Hüseynova Mirxanım Kamil qızı ərizə ilə polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan gəlini, 1989-cu il təvəllüdlü Panaliyeva Aynur Hüseynağa qızı martın 10-da evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.