Azərbaycanda dəhşətli hadisə – 4 YAŞLI QIZ ÖLDÜ

Şəmkir rayonunda 4 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

ONN media xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 2015-ci il təvəllüdlü Aslanova Damla turnikdən sallanan zaman qəfildən turnik sınıb və üzərinə düşüb. Yaxınları tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və cərrahiyyə əməliyyatına alınıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.(Report)