Azərbaycanda vəzifəli şəxs intihar etdi – DƏHŞƏT

Ağdamda poçt şöbəsinin rəisi özünü asaraq intihar edib.
ONN media ona.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Tağıyeva Püstə Mərkəz qızı yaşadığı evin həyətində özünü asıb.  P. Tağıyeva  Ağdam Poçt Filialının Qaradağlı poçt şöbəsinin rəisi vəzifəsində işləyib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.