ONN İnformasiya Agentliyi

Bərdədə məktəb binasında yanğın — Bir köçkünün otağı külə döndü

Bərdədə məktəb binasında yanğın — Bir köçkünün otağı külə döndü
23 Yanvar 2019 - 4:45
Bərdə rayonunda məktəb binasında yanğın olub.

ONN media “Report”a istinadən xəbər verir ki, hadisə Uğurbəyli kəndində qeydə alınıb.

Hadisə zamanı məktəb binasında müvəqqəti məskunlaşan Ağdamdan olan məcburi köçkün Cahangir Vəliyevin otağı yanaraq külə dönüb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində qısaqapanma olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə rayon Şöbəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Alov ram edilərək, yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png