Bakıda qadına qarşı CİNAYƏT

Paytaxta qadınların çantasından oğurluq edən şəxs tutulub.

ONN media xəbər verir ki, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gülnarə Novruzova saxlanılıb.

Araşdırmalar nəticəsində saxlanılan şəxsin paytaxt sakini olan bir qadının çantasından 225 manat və 100 ABŞ dolları oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.