ONN İnformasiya Agentliyi

Bakının mərkəzində restoranda QORXUNC OLAY

Bakının mərkəzində restoranda QORXUNC OLAY
10 Aprel 2019 - 19:06

Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi-70 ünvanında yerləşən “Təndir&Kabab” restoranının havalandırma sistemində yanğın olub.

ONN media “Report”a istinadən xəbər verir ki, binanın birinci mərtəbəsinin arxa hissəsində restorana məxsus havalandırma sisteminin generatorunda qısaqapanma olub. Nəticədə elektrik kabelləri əriyib və generatorda tüstülənmə baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Restoranın yerləşdiyi binaya elektrik enerjisinin verilişi dayandırılıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən maşınları cəlb olunub və yanğının qarşısı alınıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Bakının mərkəzində restoranda QORXUNC OLAY
Bakının mərkəzində restoranda QORXUNC OLAY
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png