ONN İnformasiya Agentliyi

BDU-nun rektoru həyatını itirdi

BDU-nun rektoru həyatını itirdi
12 Yanvar 2019 - 10:12

Bakı Dövlət Universitetinin Qazax filalının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əmir oğlu Əfəndiyev dünyasını dəyişib.

ONN media xəbər verir ki, V.Əfəndiyev Coğrafiya fakültəsinin kafedra müdiri də olub.

V. Əfəndiyev 1953-cü ildə anadan olub. 1977-1978-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifəsində çalışıb. V.Ə.Əfəndiyev “Bakı aqlomerasiyasının ətraf zonasının ərazi təşkili” mövzusunda namizədlik, 2004-ci ildə isə “Sosial-iqtisadi və siyasi coğrafiya” ixtisası üzrə “Azərbaycanda urbanizasiyanın iqtisadi-coğrafi problemləri” mövzusunda doktorluq disertasiyasını müdafiə etmişdir. O, 2007-ci ildən professordur.

Prof.V.Ə.Əfəndiyev 1987-1991-ci illərdə Geologiya-coğrafiya fakültəsində dekan müavini, 1991-1999-cu illərdə yeni yaradılan Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1999-2004-cü illərdə BDU-nun qiyabi və axşam təhsili üzrə prorektor, 2004-2011- ci illərdə isə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində işləyib. (Trend)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png