ONN İnformasiya Agentliyi

Dönərxanadakı iyrənc görüntüyə görə araşdırma başladı

Dönərxanadakı iyrənc görüntüyə görə araşdırma başladı
22 Aprel 2019 - 15:47

Bakının Nərimanov parkında fəaliyyət göstərən dönərxanada sanitar və gigiyenik qaydalara əməl olunmaması ilə əlaqədar AQTA tərəfindən araşdırma başlayıb.

ONN media xəbər verir ki, bu sözləri qurumun mətbuat katibi Aysel Fərziyeva mediada sözügedən dönərxanada aparatdan asılan əti pişiyin yeməsiylə bağlı yayılan fotoya münasibət bildirərkən deyib. O, məlumatın mediadan götürüldüyünü və araşdırılması üçün aidiyyəti üzrə yönləndirildiyini qeyd edib.

Qurum araşdırmanın nəticələriylə bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, Unikal.org saytı paytaxtın Nərimanov parkında yerləşən dönərxanada pişiyin əti yeməsini əks etdirən fotolar paylaşıb.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png