ONN İnformasiya Agentliyi

Gəncə-Şəmkir yolunda BƏDBƏXT HADİSƏ – 2 nəfər körpüdən yıxıldı və…

Gəncə-Şəmkir yolunda BƏDBƏXT HADİSƏ – 2 nəfər körpüdən yıxıldı və…
10 Yanvar 2019 - 22:55
Gəncə-Şəmkir yolunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
ONN media  xəbər verir ki, Göygöl rayonunun Balçılı ərazisində yerləşən şadlıq saraylarının birindən çıxan Şəmkir rayon sakinləri – 1981-ci il təvəllüdlü Mehdixanov Ramin Məzahir oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Ramin Çoban oğlu Şəmkir-Zəyəm yolunda olan körpüdən yıxılaraq ağır xəsarət alıblar.
Hər iki şəxs xəstəxanaya aparılsa da onlardan biri – R.Mehdixanov ölüb, digər şəxs isə ağır halda Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı araşdırma aparılır.(report)
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png