ONN İnformasiya Agentliyi

Gəncədə avtomobil qaçıran şəxs ələ keçdi

Gəncədə avtomobil qaçıran şəxs ələ keçdi
17 Mart 2019 - 3:33

Martın 15-də saat 2 radələrində Gəncə ŞBPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhərin Azərbaycan küçəsində yol hərəkəti qaydalarını pozduğu üçün “VAZ-2107” markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata görə, araşdırmalarla sürücünün Gəncə şəhər sakini, əvvəllər talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə və xuliqanlığa görə məhkum olunmuş E.Zülfüqarov olması, idarə etdiyi avtomobili isə həmin gün saat 1 radələrində Heydər Əliyev prospektindən qaçırması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən avtomobilin sahibi, Gəncə şəhər sakini A.Mehdiyev Kəpəz Rayon Polis İdarəsinə dəvət edilib. O, ərizəsində avtomobilinin qaçırılmasını bildirib.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png