ONN İnformasiya Agentliyi

Göygöldə toyda dava – Xəsarət alanlar var

Göygöldə toyda dava – Xəsarət alanlar var
28 Aprel 2019 - 5:50

Göygöl rayonunda keçirilən toy mərasimində dava olub.

ONN media xəbər verir ki, hadisə rayonun Balçılı kəndi ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Şadlıq sarayının ayrı-ayrı zallarında keçirilən iki toy mərasiminin qonaqları arasında mübahisə yaranıb. Mübahisə sonda toyu olan bəylərdən birinin də qatıldığı əlbəyaxa dava ilə nəticələnib. Hadisə zamanı xəsarət alanların olduğu və mübahisəyə qatılan bəyin maşınının (gəlin maşınının-red) şüşəsinin sındırıldığı bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png