Hamamda FACİƏ: 16 yaşlı qızın meyiti TAPILDI

Sumqayıtda yeniyetmə qız naməlum səbəbdən ölüb.

ONN media xəbər verir ki, hadisə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Həsənova Ceyranxanım Ehtiram qızı yaşadığı fərdi yaşayış evinin hamamında ölü vəziyyətdə tapılıb.

Hüquq mühafizə orqanları əməkdaşları hadisə yeri və meyitə baxış keçirib, meyit daxili və xarici müayinə edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.