Masallıda yanğın olub

Masallı rayonunda ikimərtəbəli evdə yanğın baş verib

ONN media xəbər verir ki, hadisə Masallı rayonunun Yeyənkənd kəndində baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 256 kv metr olan 2 mərtəbəli yaşayış evininin 2-ci mərtəbəsində baş verən yanğın zamanı 5 otaqlı evin 1 otağı içərisindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını alaraq alovun digər otaqlara keçməsinin qarşısını alıblar.

Yanğının dəqiq səbəbləri araşdırılır.