ONN İnformasiya Agentliyi

Milli Qəhrəmanı təhqir edən Nərminlə bağlı – Məhkəmədən şok qərar

Milli Qəhrəmanı təhqir edən Nərminlə bağlı – Məhkəmədən şok qərar
23 Yanvar 2019 - 12:26

22 yanvar 2019-cu il tarixində Xətai Rayon Məhkəməsində psixoloq Nərmin Şahmarzadə ilə idmançı Araz Musayevin məhkəməsi baş tutub.

ONN media AzNews.az-a istinadla xəbər verir ki, idmançının vəkili Ramil Rüstəmov məhkəmədən Nərmin Şahmarzadəni 147-ci maddə ilə məsuliyyətə cəlb olunmasını xahiş edib.

Vəkil məhkəmədən Şahmarzadənin 3 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib. Digər tələb isə onun Azərbaycan xalqından üzr istəməsi ilə bağlı olub.

Məhkəmə müşavirədən sonra qərar verib. Hakim Bəxtiyar Məmmədov iddianı təmin etməyib və işə xitam verib.

Qeyd edək ki, idmançı, özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzədəni Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə məhkəməyə vermişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png