ONN MEDİA

Mingəçevirdə nəvə nənəsinə şok yaşatdı

Mingəçevirdə nəvə nənəsinə şok yaşatdı
11 Fevral 2019 - 12:51

Mingəçevirdə oğurluq hadisəsi baş verib.
 
ONN media xəbər verir ki, hadisə Təbriz küçəsində, 1939-cu il təvəllüdlü şəhər sakini Züleyxa Bağırovanın yaşadığı mənzildə qeydə alınıb.
 
Belə ki, onun evindən 3 min manat oğurlanıb. Z.Bağırova bu barədə polisə məlumat verərək, evinə qonaq gələn şəxslərdən şübhələndiyini bildirib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, oğurluqda şübhəli bilinən iki nəfər – zərərçəkənin nəvəsi, Tovuz rayon sakini, əvvəllər də məhkum olunmuş Tural İskəndərov və dostu, Samux rayon sakini Xasay Mustafayev saxlanılıblar. 
 
Saxlanılanlar istintaqa təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
ONN informasiya agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP