ONN İnformasiya Agentliyi

Qadına qarşı soyğunçuluq edən şəxs ƏLƏ KEÇDİ

Qadına qarşı soyğunçuluq edən şəxs ƏLƏ KEÇDİ
22 Aprel 2019 - 11:20

DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini S.Əliyeva aprelin 20-də Pirşağı qəsəbəsi ərazisində naməlum şəxsin ona qarşı zor tətbiq edərək qulağındakı qızıl sırğaları çıxardığını və içərisində şəxsiyyət vəsiqəsi, diplom, maaş kartı və 2 ədəd mobil telefon olan çantanı aldığını bildirmişdir.

DİN Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmışdır.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov qısa müddətdə saxlanılmışdır.

Faktla bağlı araşdırma aparılır

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png