ONN İnformasiya Agentliyi

Ruhi xəstə yaşadığı evi yandırıb

Ruhi xəstə yaşadığı evi yandırıb
18 İyun 2019 - 14:45

Gəncədə yanğın hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə Gülüstan qəsəbəsində, Kəlbəcərdən olan məcburi köçkün Köçəri Ağalarovun evində qeydə alınıb.

Əraziyə Gəncə şəhər Nizami rayonu və Göygöl Rayon Dövlət Yanğından Mühafizə hissələrindən 4 yanğınsöndürmə avtomobili və canlı qüvvə cəlb olunub.

Sahəsi 110 kv.m olan 4 otaqlı tikilinin bir otağının tavanının 10 kv.m-lik sahəsi və içəridəki əşyaları yanıb. Alovun başqa tikililərə keçməsinin qarşısı alınıb.

Yanğını ev sahibinin ruhi əsəb xəstəsi olan oğlu Ceyhun Ağalarov tərəfindən törədildiyi ehtimal edilir.

Hadisə zamanı həyəcanlanan ev sahibəsi Fatma Əşrəfovaya tibbi yardım göstərilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png