ONN İnformasiya Agentliyi

Şəmkirdə istixanada yanğın – YARALI VAR

Şəmkirdə istixanada yanğın – YARALI VAR
15 Fevral 2019 - 2:07

Şəmkir rayonunun Düyərli kəndində yanğın hadisəsi olub.

ONN media xəbər verir ki, yanğın vətəndaşa məxsus istixananın yardımçı tikilsində baş verib.

İlkin məlumatlara görə, içərisində qazanxana quraşdırılmış tikilinin ümumi sahəsi 100 kvadratmetrə yaxındır və tikilinin içərisində olan qazanxananın qızdırılması üçün nəzərdə tutulan 4 ton yağ, texniki avadanlıqlar tam, tikilinin içərisində olan “QAZel” markalı yük maşını isə qismən yanıb.

Yanğın zamanı 1990-cı il təvəllüdlü Afiq Nəbi Oğlu Rzazadə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png