Şamaxıda ikimərtəbəli ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, rayonda ümumi sahəsi 250 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsində mətbəxin tavanı 6 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.