Şamaxıda yenə zəlzələ oldu- Vəziyyət necədir?

Şamaxı rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ONN media-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 13:36-da qeydə alınıb.

Maqnitudası 3, dərinliyi 10 km olan zəlzələ Şamaxı və Pirqulu ərazilərində 3 bala qədər hiss olunub.

Qeyd edək ki, bundan əvvəl Şamaxıda fevralın 5-də zəlzələ olub. Nəticədə xeyli evə ziyan dəyib.