ONN İnformasiya Agentliyi

Türkiyə vətəndaşı ağır qəza törətdi: Ölən və yaralanan var

Türkiyə vətəndaşı ağır qəza törətdi: Ölən və yaralanan var
13 Fevral 2019 - 20:59

Balakən rayonunda yol qəzası baş verib.

ONN media “Report”a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral yolunun rayonun “Beş bulaq” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə dövlət qeydiyyat nişanlı TIR ilə “Toyota RAV4” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb. Yük maşının sürücüsü olan Türkiyə vətəndaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png