ONN İnformasiya Agentliyi

Üstünə reklam lövhəsi düşən şəxsin vəziyyəti ilə bağlı – AÇIQLAMA

Üstünə reklam lövhəsi düşən şəxsin vəziyyəti ilə bağlı – AÇIQLAMA
17 Yanvar 2019 - 21:48
Xəbər verildiyi kimi, bu gün Bakıda müşahidə edilən güclü külək Qaradağ rayonunda ciddi fəsad yaradıb.

Güclü külək nəticəsində “Binə” ticarət mərkəzində reklam lövhəsi yaxınlıqdan keçən orta yaşlı kişinin üstünə aşıb.

ONN media xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, həmin şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png