Yeniyetmə velosipedlə uçuruma düşdü – ŞƏMKİRDƏ
Şəmkir rayonunda 16 yaşlı yeniyetmə velosipedlə uçuruma düşüb.
ONN media xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 2003-cü il təvəllüdlü Nizami Malik oğlu Qasımov velosipedlə hərəkətdə olan zaman uçuruma yıxılıb. Ağır xəsarətlər alan yeniyetmə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.