Yolu keçən piyadanı avtomobil vurub öldürdü

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, aprelin 14-də saat 22 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini S.Məstanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Cəmil Xəlilovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.