ONN İnformasiya Agentliyi

Çiskinli hava nəvaxta kimi davam edəcək?

Çiskinli hava nəvaxta kimi davam edəcək?
20 Mart 2019 - 11:41

Yazın gəlişini qeyd etsək də bir neçə gündür Bakıda hava qeyri-sabit keçir. 

ONN media xəbər verir ki, bu gün də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, tutulacağı gözlənilir. Səhər saatlarından müşahidə edilən yağışın axşama kimi davam edəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gündüz 7-9 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 768 mm civə sütununa yükəsləcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png