ONN İnformasiya Agentliyi

İstirahət günlərinə olan hava PROQNOZU

İstirahət günlərinə olan hava PROQNOZU
08 Fevral 2019 - 18:21

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media -ya verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edənlərin nəzərinə çatdırırıq ki, fevralın 09-10-da bu bölgədə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 4-8, dağlıq rayonlarda 0-4 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 6-9, dağlıq rayonlarda 4-6 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Fevralın 10-da gündüz hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 7-10 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Fevralın 10-da gündüz hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 5-9 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, yaxın iki gündə buludlu hava üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı, fevralın 09-da gündüz tədricən kəsiləcəyi, fevralın 10-da səhər və axşam bəzi yerlərdə çiskin olacağı gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi fevralın 10-da şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 6-9 dərəcə isti təşkil edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png