ONN İnformasiya Agentliyi

Kosmik hava durumu – AÇIQLANDI

Kosmik hava durumu – AÇIQLANDI
24 İyun 2019 - 12:44

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədədir. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmur.

ONN media xəbər verir ki, bu barədə Trend -ə  Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumatda qeyd edilir ki, elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. Eləcə də enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb.

Qeyd olunub ki, qarşıdakı günlərdə (24 – 26 iyun) kosmik hava proqnozuna gəlincə, Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Proqnoz dövründə (24 – 26 iyun) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı isə 5%-dən aşağı qiymətləndirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png