ONN İnformasiya Agentliyi

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
20 Yanvar 2019 - 13:56

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə, yanvarın 21-də Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 7-9° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 7-9° isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1-6° isti təşkil edəcək.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png