ONN İnformasiya Agentliyi

AFFA “Neftçi”ni cərimələdi

AFFA “Neftçi”ni cərimələdi
05 Mart 2019 - 21:17

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

ONN media xəbər verir ki, ötən həftə AFFA-nın təşkil etdiyi oyunlarda baş verən pozuntulara hüquqi qiymət verilib.

Premyer Liqanın XIX turunun “Neftçi” – “Sabah” matçında altı futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün meydan sahibi klub 800 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub daha 200 manat cərimələnib.

I divizionun XVII turunun “Ağsu” – “Səbail-2” matçı daha çox diqqət mərkəzində olub. Dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Ağsu klubu səksən, komandanın futbolçuları – Fərrux Rəhimov və Sahib Lümşüdov meydandan qovulduğu üçün klub 480, matçın təhlükəsizliyini tam təm etmədiyinə görə daha 400 manat cərimə olunub. “Səbail-2” komandası isə matçın protokolunu vaxtında təqdim etmədiyinə görə Səbail klubu səksən manat cərimələnib.

“Qaradağ Lökbatan” – “Kəpəz” matçının ikinci hissəsi Bakı klubuna görə üç dəqiqə gec başlayıb. Buna görə “Qaradağ Lökbatan” klubu 240 manat cərimə olunub.

Bundan başqa, İntizam Komitəsinə daxil olan əlavə məlumatlara əsaslanaraq bu qurum 26 fevral 24 N-li protokolunun 12-ci maddəsinə aşağıdakı düzəlişləri edib.

23 fevralda Region Liqasında keçirilmiş “Ağsu Siti” – “Gənclik” (Sabirabad) oyununda qonaqların heyətində Amid Zeynalov qarşılaşmanın 58-ci dəqiqəsində hakimi təhqir edib, qırmızı vərəqə ilə cəzalandıqdan sonra hakimə qarşı fiziki güc tətbiq etdiyinə görə on oyunluq cəzalandırılıb. Həmin komandanın heyətində Elmar İsgəndərov matçın 90-cı dəqiqəsində hakimi təhqir edib qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı zaman hakimə qarşı fiziki güc tətbiq etməyə cəhd etdiyi üçün beş oyunluq cəzaya məruz qalıb.

U-13 Qızlar Liqasının “Bakinka” (Bakı) – “Sumqayıt” matçında qonaq komanda, futzal üzrə I Liqanın “Sabunçu”  – “Qrin Loq” matçında meydan sahibi komandası iştirak etmədiyinə görə hər iki kluba texniki məğlubiyyət verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png