ONN İnformasiya Agentliyi

Avropa Liqası finalı üçün 40-dan çox çarter reysi təşkil ediləcək

Avropa Liqası finalı üçün 40-dan çox çarter reysi təşkil ediləcək
10 May 2019 - 19:50

Dövlət Turizm Agentliyi digər dövlət orqanları ilə birgə UEFA Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə bağlı ölkəyə gələcək xarici qonaqlar və turistlərin rahatlığı üçün digər dövlət orqanları ilə, xüsusilə Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə fəaliyyət göstərəcək.

Qurumdan ONN media -ya verilən məlumata görə, azarkeşlərin gözlədiyi, 2018-ci ilin dekabr ayından etibarən biletləri satışa çıxarılan finalın hazırlıqları xeyli müddətdir ki, davam edir.

Bildirilir ki, AZAL tərəfindən 29 və 30 may tarixlərində həyata keçiriləcək birbaşa London-Bakı-London uçuşlarından başqa, xarici azarkeşlərin oyunu izləməsi üçün 40-dan çox çarter reys təşkil olunacaq. Bundan başqa, AZAL-la klublar arasında əldə olunan razılığa əsasən əlavə çarter reyslərin də təşkil olunması istiqamətində danışıqlar aparılır.

Paytaxt Bakıda ulduz dərəcəsinə uyğun olaraq müxtəlif büdcəli, həm beynəlxalq, həm də yerli brendlərə məxsus hotellərin mövcudluğu xarici qonaqların yarış ərəfəsində rahatlığını təmin edəcək.

Turistlərin ölkəyə gəlişi, yerləşdirilməsi və Azərbaycanda qalma müddəti ərzində təhlükəsizlik də daxil olmaqla digər bütün məqamlar dövlət və özəl biznesin təmsilçiləri tərəfindən diqqətlə düşünülüb. Həmçinin dünya üzrə ölkələrin reytinqində terror təhlükəsinin ən az olduğu ölkələr sırasında Azərbaycanın adı ilk sıralardadır.

Yarışla əlaqəli olan bütün dövlət orqanları xüsusi əhəmiyyətə malik idman tədbirinin müvəfəqiyyətlə keçirilməsi üçün gücləndirilmiş iş rejimində çalışacaqlar.

Xatırladaq ki, ölkəmiz Formula 1, Avropa Oyunları, Avroviziya, İslam Həmrəylik Oyunları kimi beynəlxalq əhəmiyyətli yarışların təşkilatçılığında uğurlu təcrübəyə malikdir.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png