ONN İnformasiya Agentliyi

Bakıda Azarkeş Festivalı başlayır

Bakıda Azarkeş Festivalı başlayır
24 May 2019 - 20:00

Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu çərçivəsində  Azarkeş Festivalı təşkil olunacaq.

ONN media xəbər verir ki, Azarkeş Ferstivalı Dənizkənarı Bulvarda (əsas giriş: Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığı) təşkil olunub və mayın 25-dən mayın 29-na qədər fəaliyyət göstərəcək.

Mayın 25-də məşhur futbolçular ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldo Azarkeş Festivalının qonağı olacaq.

Festivalda balacaların əyləncəsi də nəzərdə tutulub. Uşaqlar üçün ayrılmış zonada azyaşlılar yumşaq qalanın üzərində tullana, öz üzlərinə rənglətdirə və zərbə yarışlarında bacarıqlarını nümayiş etdirə, həmçinin böyüklər müxtəlif oyunlara qatılaraq, hədiyyələr qazana bilərlər.

Festival günləri və iş saatları:

25-27 may: 14:00 – 22:00

28 may: 12:00 – 22:00

29 may: 10:00 – 22:00

Giriş hər kəs üçün pulsuzdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png