Boksçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
Mayın 22-də Çexiyada boks üzrə Usti-nad-Labem Qran-prisi start götürəcək.
Azərbaycan Boks Federasiyasından ONN media -ya bildiriblər ki, dörd gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan yığması da iştirak edəcək.
Komandamızın baş məşqçisi Vaqif Şirinov Çexiyada dörd boksçumuzu sınaqdan keçirəcək. O, yeni çəki dərəcələri üzrə keçiriləcək Qran-pridə Elvin Məmişzadə (52 kq), Sərxan Əliyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqesə (81 kq) şans verəcək.