Dünyanın ən bahalı futbolçusu kimdir?

“Business Insider”  dünyanın ən bahalı  futbolçularının siyahısını tərtib edib.
 
ONN media xəbər verir ki, jurnal “Pari Sen-Jermen”in hücumçusu Kilian Mbappeni dünyanın ən bahalı futbolçusu elan edib.
Ekspertlər, Mbappenin xərclərini 229 milyon Avro olaraq qiymətləndirirlər.
Ən bahalı futbolçuların ikincisi  “PSJ”dən braziliyalı futbolçu Neymar (206 milyon avro) seçilib.
Üçüncü yeri “Barselona”dan argentinalı hücumçu Lionel Messi (183 milyon avro)daxil edilib.
Çempionlar Liqasının beş qat çempionu  Yuventusun forvardı Kriştianu Ronaldunun transfer qiyməti isə 103,4 milyon avro hesablanıb və oyunçu reytinq cədvəlində 19-cu  pillədə qərarlaşıb.