ONN İnformasiya Agentliyi

Həbibdən azərbaycanlı futbolçuya MARAQLI MÜRACİƏT

Həbibdən azərbaycanlı futbolçuya MARAQLI MÜRACİƏT
11 Yanvar 2019 - 19:18

Yüngül çəkidə Mütləq Döyüş Çempionu (UFC) Həbib Nurməhəmmədov Rusiyanın “Spartak” klubunda çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyevə müraciət edib.

ONN media  xəbər verir ki, 31 yaşlı döyüşçü şəxsi İnstaqram hesabından 23 yaşlı yarımmüdafiəçinin ona bənzədilməsinə münasibət bildirib.

H. Nurməhhəmədov sosial şəbəkədə “Ayaz, bax, məni pis vəziyyətdə qoyma. Sənə Həbib deyirlər. Ona görə də insanların üzərinə dəmir hasardan və stadiondan tullanma” fikirlərini səsləndirib.

Qeyd edək ki, “Spartak” klubunun azarkeşləri Ayaz Quliyevi komandanın Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışdakı məşqində “Həbib, buraya gəl” deyə səsləyiblər. Moskva təmsilçisi istedadlı oyunçu ilə uzunmüddətli müqavilə imzalayıb.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png